Filippində həbsxanada qumbaranın partlaması nəticəsində on məhbus həlak olub

Filippində həbsxanada qumbaranın partlaması nəticəsində on məhbus həlak olub

 
Filippində həbsxanada qumbaranın partlaması nəticəsində ən azı 10 məhbus həlak olub.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, "Straits Times" qəzeti yazır ki, hadisə avqustun 11-də paytaxt Manilanın cənubunda yerləşən Paranak şəhərinin penitensiar müəssisəsində baş verib.  
 
İlkin məlumata görə, məhbuslar həbsxanadan qaçmaq üçün danışıqlar aparıblar. Bildirilir ki, insident yerində əvvəlcə atışma düşüb, sonra isə qumbara partlayıb. Səkkiz nəfər hadisə yerində, iki nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.
 
Müstəntiqlər məhbusların odlu silahları necə əldə etdiklərini də aydınlaşdırırlar.
 
Ölənlərin hamısı narkotiklərin qanunsuz dövriyyəsinə görə mühakimə olunmuş məhbusdur. Onlardan ikisinin kriminal dairələrdə məşhur olan Çin narkodilerləri olduğu bildirilir. /

Google+ WhatsApp ok.ru