Filippin prezidenti Obamanı `haramzadə` adlandırdı

Filippin prezidenti Obamanı `haramzadə` adlandırdı

Filippin prezidenti Rodriqo Duterte amerikalı həmkarı Barak Obamanı “haramzadə” adlandırıb və ona insan haqlarına əməl edilməsində nəsihətlərə girişməməsini məsləhət görüb. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, bu söyüşdən sonra  Ağ Ev  B.Obamanın  R.Duterte ilə  planlaşdırılan görüşünü ləğv edib. 
 
Sentyabrın 5-də Laosda Şərqi Asiya sammiti ərəfəsində keçirilən mətbuat konfransında çıxış edən Filippin prezidenti Rodriqo Duterte deyib ki, “O , (Obama) özünü nə hesab edir?  Mən Amerikanın  diktəsi ilə president olmamışam. Mən  müstəqil bir ölkənin prezidentiyəm, Filippin xalqından  başqa  kimsəyə hesab  vermərəm.  Ey haramzadə, mən sənə nifrin edəcəyəm”.
 
Obama ilə Dutertenin görüşü bu həftə baş tutacaqdı.  Amerikanın lideri görüşdə Filippində insan haqlarına əməl olunması məsələsini qaldırmaq niyyətindədir. Onlar Duterte prezident seçiləndən bəri ilk dəfə görüşəcəklər.
 
Filippin  prezidenti  Amerikanı  ölkənin  Mindanao adasındakı qarışıqlıqlarda əli olmaqda ittiham edib. 
 

Google+ WhatsApp ok.ru