İsrail əskərlərini təpikləyən “Fələstinli cəsur qız” - VİDEO

İsrail əskərlərini təpikləyən “Fələstinli cəsur qız” - VİDEO

-- O həbs edilib və harada saxlandığı barədə məlumat verilmir

Dünya onun İsrail əsgərinə yumruq atan kiçik qız olaraq tanıdır.
 
Maide.Az bildirir ki, Əhəd-ət Təmimi ilk dəfə olaraq 2012-ci ildə qardaşı işğalçı İsrail ordusunun əsgərləri tərəfindən həbs edilərkən müqavimət göstərdi və kiçik cüssəsi ilə təpədən-dırnağa qədər silahlanmış əsgərə yumruq atdı. Bu cəsur hərəkəti ilə dünyanın diqqətini çəkən Təmimi istanbulda “Hanzala cəsarət mükafatı”na layiq görülmüşdü. 
 
Dünən isə artıq 16 yaşına çatmış Təmimi növbəti dəfə israil əsgərlərinə qarşı çıxdı. Fələstinin ramallah şəhərindəki evlərinə hücum edən işğalçı israil əsgərlərinə qarşı çıxan qız həbs edilərək naməlum istiqamətə aparılıb.
 
Sosial şəbəkələrdə yayılmış görüntülərdə Təmimi əsgərləri evlərinin önündən qovur. Daha sonra isə onun həbs edildiyi xəbəri yayılır. Lakin hara aparıldığı və hansı şəraitdə saxlandığı barədə məlumat verilmir.
 
Qeyd edək ki, Türkiyədə “Cəsarət mükafatı”nı alan zaman bu addımı niyə atması barədə suala Təmimi belə cavab vermişdi: “Sağ yumruğumu işğalçı əsgərə göstərdim. Bununla da Fələstini azad edəcəyimi düşündüm.”

Google+ WhatsApp ok.ru