Fitir bayramı namazı Ayətullah Xameneinin imaməti ilə Tehranda İmam Xomeyni(r.ə.) adına müsəllada qılınacaq

Fitir bayramı namazı iyulun 18-də  səhər saat səkkizdə Ali Lider Ayətullah Seyyid Əli Xamaeninin imaməti ilə Tehranda İmam Xomeyni(r.ə.) adına müsəllada qılınacaq.
Fitir bayramı proqramı səhər saat yeddidə Quran qiraəti və mədhiyyəçiliklə başlanacaq.
Nəqliyyat və Hərəkət Komitəsinin təşkilinə görə, Tehran metrosu səhər saat dörddən işləyəcək və 2500 avtobus və 550 mikroavtobus, eləcə də minlərlə yol polisi bu sahədə fəaliyyət göstərəcək.
Müsəllanın bütün qapıları sübh azanından xalqın üzünə açıqdır. Salavat dayanacaqları, eləcə də namazqılanları pusluz formada sığorta edən Müalicə, Sanitariya, Yardım və Nicat Komitəsi, həmçinin üç min nəfərin əhalinin istiqamətləndirilməsi işini həyata keçirdiyi Hüquq-Mühafizə Komitəsi bayram günü üçün fəal olacaqlar. /

Google+ WhatsApp ok.ru