İranla razılaşmanın əldə olunmasına dair səsvermə iyulun 20-də keçiriləcək

BMT Təhlükəsizlik Şurasında İranla razılaşmanın əldə olunmasına dair səsvermə bazar ertəsi, iyulun 20-də keçiriləcək.
 
Bu barədə TASS agentliyinə BMT-dəki mənbə məlumat verib.
 
“Çox güman ki, səsvermə iyulun 20-də, səhər saat 09:00-da baş tutacaq. İyulun 16-da ekspertlər səviyyəsində keçirilmiş görüşdə Təhlükəsizlik Şurasına üzv olan ölkələrin heç biri qətnamə layihəsinə düzəlişlərin edilməsini təklif etməyib. Sənəd razılaşdırılıb və səsverməyə hazırdır”, deyə mənbə bildirib.

Google+ WhatsApp ok.ru