`Fly Dubai`: `Rostovda qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşı olmayıb` 19 Mart 2016 02:00 Dünya Rostov-na-Donuda qəzaya uğramış "Fly Dubai" aviaşirkətinə məxsus təyyarədə olan sərnişinlərin və ekipaj üzvlərinin vətəndaşlığı məlum olub. "Report" aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, göyərtədə olan 62 nəfərdən 7-si ekipaj üzvü olub. Qəzaya uğramış təyyarənin göyərtəsində 44 Rusiya, 8 Ukrayna, 2 Hindistan və 1 Özbəkistan vətəndaşı olub. Ekipaja üzvləri isə Kipr, İspaniya, Kolumbiya, Seyşel adaları, Qırğızıstan və Rusiya vətəndaşları olub. Xatırladaq ki, Dubaydan Rostov-na-Donu şəhərinə uçan "Boeing 737-800" sərnişin təyyarəsi bu gün səhər saatlarında Rostovda pis görüntü şəraitində eniş edərkən qəzaya uğrayıb. Rusiya FHN-in məlumatına görə, laynerin göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olub. Onların hamısı ölüb. Teqlər : #`Fly Dubai`: `Rostovda qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşı olmayıb`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kərkuk türkləri dünya müsəlmanlarından yardım istəyir İranın xarici işlər naziri Türkiyəyə səfər edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO