Kərkuk türkləri dünya müsəlmanlarından yardım istəyir

Kərkukun Tazə şəhər şiələri mitinq keçirərək Bəşir  bölgəsinin İŞİD terrorçularından azad olunması üçün müctəhidlərdən və dünya müsəlmanlarından yardım istəyiblər.
 
Maide.az xəbər verir ki, Tazə şəhər sakinləri keçirdikləri mitinqdə Bəşir bölgəsinin azadlığını və İŞİD terrorçularının Tazə şəhərinə davamlı bobardımanlardan xilas olunması üçün hökumətdən, müctəhidlərdən və dünya müsəlmanlarından yardım istəyiblər.
 
Onlar əllərində Ayətullah Sistanin şəkillərini və üzərində “Məhəmməd və Əli şiələriyik bizə yardım edin” və  “Bəşir bölgəsinin azadlığı müqəddəs milli borcdur” şüarları yazılmış plakartlar daşıyıblar. 
 
Qeyd edək ki, İraqın Tazə və Bəşir bölgəsində  Türkmən şiələr yaşayır. Bu iki bölgə arasında olan məsafə 7 kilometrdir. İŞİD terrorçuları  Bəşir və Tazə  bölgəsini daim bombalayır. Bir müddət öncə bu bölgəyə hətta  kimyəvi  silahlardan istifadə edərək hücumlar etmişdi. Hücum nəticəsində yüzlərlə dinc sakin  həlak olmuş və yaralanmışdır.  
 
ABŞ Mərkəzi Kəşfiyyat idarəsi də elan edib ki, İŞİD  fevral ayında  Suriya və İraqda  kimyəvi silahlardan istifadə edib. Mart ayının 17-də ABŞ dövlət katibi  Con Kerri demişdi ki, İŞİD terror qruplaşması  şiələrə qarşı soyqrım həyata keçirib./
 

Google+ WhatsApp ok.ru