Fransa şəhərlərində islahata qarşı aksiyalar

Maide.az-ın məlumatına görə, fransız müəllimlər həmkarların çağırışı ilə təhsil naziri Nicat Vəli Bilqasimin məktəblərdə islahat haqda layihəsinə qarşı ölkənin bir neçə şəhərində aksiya keçiriblər.
 
Fransa məktəblərində təhsil üzrə islahat planı qədim dillərin ləğv olunmasını nəzərdə tutduğu üçün yunan və latın dilləri üzrə müəllimlərin kəskin nigarançılıqlarına səbəb olub.
 
Parisdən başqa Tuluza, Lion və Bordo şəhərləri də müəllimlərin geniş aksiyalarının şahidi olublar. 
 
Təhsil üzrə islahat layihəsi müəllimlərin etirazlarından əlavə, Fransa dövləti ilə müxalif siyasi dairələrin də tənqidlərinə səbəb olub. 
 
Fransa prezidenti Fransua Olland dünən tənqid və etirazlara məhəl qoymadan islahatların həyata keçirilməsi üzrə əzmkarlığından danışıb.

Google+ WhatsApp ok.ru