Fransada həbsxanada qiyam - VİDEO

Fransada həbsxanada qiyam - VİDEO

Fransanın qərbində yerləşən Viyun həbsxanasında qiyam baş verib. 
 
Maide.Az xəbər verir ki, Fransanın Poitiers şəhərinin yaxınlığında yerləşən həbsxana bazar ertəsi yerli vaxtlar saat 17:00-da baş verib. 
 
İki məhbus mühafizəçilərdən birinə hücum edərək onun əlindəki açarları götürüb və bütün kameraların qapısını açıb. Məhbuslar hər şeyi sındırıb və həbsxanada yanğın baş verib.
 
Yanğın zamanı 6 məhbus və 5 mühafizəçi yaralanıb və xəstəxanaya çatdırılıb. Qiyam 5 saat davam edib və daha sonra yatırılıb. 
 
Məlumatda bildirilir ki, məhbuslardan 60 nəfəri qiyam yatırıldıqdan sonra öz hücrələrinə getməkdən imtina ediblər. (presstv)
 

Google+ WhatsApp ok.ru