Fransada kitab mağazalarında Quran nüsxələrinin satışı artıb

Fransada son günlər kitab mağazalarında Quran nüsxələrinin satışı artıb. 
 
Maide.az-ın  Al-Kanz saytına istinadən məlumatına görə, Fransanın paytaxtı Parisdə La Procure kitab satış mağazasından verilən məlumata görə, son günlərdə Quran nüsxələrinin satışı gözlənilməz qədər artıb. “İlk dəfədir ki, bu cür halın şahidi oluruq. İslam və müsəlmanlara dair kitabların satışına tələbat var idi, lakin Quranın nüsxələrinə ilk dəfədir ki, bu qədər tələbat var”, bu sözləri La Procure kitab satış mağazasının məsul şəxsi Kardl Vitora deyib. 
 
Qeyd edək ki, bir neçə gün öncə İslam İnqilabının rəhbəri, Ali Lider Ayətullah Əli Xamenei Avropa və Şimali Amerika gənclərinə çağırış etmişdi. “İslamı orijinal mənbələr vasitəsi ilə və birinci əldən öyrənin və tanıyın. İslamla Quran və böyük Peyğəmbərin (s) həyatı vasitəsi ilə tanış olun. Mən soruşmaq istəyirəm: İndiyə qədər birbaşa müsəlmanların Quranına baxıbsınızmı?”,-deyə Ayətullah Xamenei öz çağırışında Qərb ölkələrinin gənclərindən istəmişdi. /
 
 
 
 

Google+ WhatsApp ok.ru