Fransada terror aktından sonra bir neçə məscid hücumlara məruz qalıb

Fransanın paytaxtı Parisdə "Charlie Hebdo" jurnalının redaksiyasının edilən terror aktından sonra ölkədəki bir neçə məscidə qarşı hücum qeydə alınıb.
 
Maide.az TASS xəbər agentliyinə istinadən məlumat verir ki, bu zorakılıq aktlarının edilməsinin terrorla əlaqəsi hələlik təsdiqini tapmayıb.
 
"Ouest-France" qəzetinin yazdığına görə, cümə axşamı səhər naməlum şəxslər Le-Man şəhərindəki Sablon məscidinə bir neçə əl qumbarası atıblar. Onlardan yalnız biri partlayıb. Zərər çəkən olmayıb. Məscidin ətrafı polis mühasirəsinə alınıb. 
 
Məscidə daha bir hücum Aralıq dənizi sahilində yerləşən Por-la-Nuvel şəhərində qeydə alınıb. edilmişdir. Bildirilir ki, cinayətkarlar çərşənbə günü şam namazından sonra məscidə girərək, tapançadan atəş açıb. Zərər çəkən olmayıb.
 
Cümə axşamı səhər isə Vilfranş şəhərində partlayış haqqında xəbərlər yayılıb. Partlayış yerli məsciddən yaxınlığında yerləşən restoranda qeydə alınıb. Zərər çəkmişlər haqqında məlumat yoxdur. PArtlayışın səbəbləri bilinmir. 
 
Bundan əlavə bu gün səhər Fransanın paytaxtı yaxınlığında yerləşən Monruje şəhərində polis patrulu atəşə tutulmuşdu. İki polis yaralanmışdı. Onlardan bir sonra ölüb.
 
Hələ ki, hadisələrdən yalnız birini törədən 52 yaşlı kişi tutulub.

Google+ WhatsApp ok.ru