İran və Oman bank sektorunda əməkdaşlığını artırır

İran və Oman arasında imzalanmış yeni sazişə əsasən, iki ölkə arasında bank və neft sektoru sahəsində əməkdaşlığında  yeni mərhələ başlayır. Bu sözləri İranın sənət, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə deyib.

Maide.az-ın məlumatına görə, İran və Oman müştərək iqtisadi komissiyanın iclasının sonunda çıxış edən M.Nemətzadə deyib ki, İran və Omanın iqtisadi sahədə əməkdaşlığını inkişaf etdirmək üçün iki hərtərəfli sənəd imzalanıb. “Oman İrandakı müxtəlif iqtisadi layihələrə sarmayə yatırmaqda maraqlıdır. Bizim məqsədimiz əməkdaşlığın inkişafı və müştərək investisiyaların təşkilidir.”

İmzalanmış sənədlərə əsasən, iki ölkən neft, qaz, neft-kimya, su , elektrik, turizm , balıqçılıq, bankçılıq və sığorta sahəsində əməkdaşlığını artıracaq. /

Google+ WhatsApp ok.ru