Fransada yaşayan şiələr Parisdə qeyri-müsəlmanlara gül hədiyyə etdi – FOTO

 
Avropada o cümlədən Fransada yeni təsis olunmuş “Hüseyn (ə) kimdir?” birliyinin üzvləri yeni ilin ilk günü Fransada yaşayn qeyri-müsəlmanlara gül hədiyyə ediblər. 
Maide.az-ın məlumatına görə,hər bir gül şaxəsinin üzərində kartlar var ki, həmin kartların üzərində İmam Hüseyn (ə) buyurduğu kəlamlar və Aşura hərəkatının mesajları yazılıb. 
Birlik üzvləri Parisin 10 müxtəlif bölgəsində eyni vaxtda bu aksiyanı təşkil ediblər. 
Birlik üzvlərindən biri jurnalistlərə deyib ki, biz bu gülü verərkən deyirik ki, gülü qəbul edin çoxlu dəyərlərə sahib olan şəxsin adından. Yəni İmam Hüseyn (ə)-ın adından. Gülü qəbul edin O, şəxsin adından ki, şeytanlarla mübarizədə qələbə qazandı. 
O əlavə edib ki, biz deyirik ki,əgər İmam Hüseyn (ə) və Aşura mesajına əməl olunarsa dünyanın hər bir yerində zülmün kökü kəsilər. /
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru