İranda hərbi aviasiya bazasında partlayış baş verib - FOTO

İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının Aviasiya bazasında partlayış baş verib. 
Maide.az-ın İSNA agentliyinə istinadən məlumatına görə, partlayış bu gün səhər İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının Xuzestan əyalətinin Məscid Süleyman şəhərində yerləşən aviasiya bazanda baş verib. 
Məscid Süleyman şəhər başçısı Əlirza Gurəvi deyib ki, partlayış vertolyot və təyyarələr üçün yanacaq daşıyan tankerdə baş verib. “İsfahan şəhərindən yanacaq gətirən tanker bazadakı tankerə yanacaq boşaldarkən partlayış və yanğın baş verib. Partlayış nəticəsində İsfahandan gələn tankerin sürücüsü həlak olub, digər tankerin sürücüsü isə yaralanıb”. 
Ə.Gurəvi deyib ki, yaralı sürücü Əhvaz şəhər xəstəxanasına çatdırılıb. 
Onun sözlərinə görə, partlayış nəticəsində baş vermiş yanğın bir neçə saat sonra söndürülüb. Hazırda hadisənin başvermə səbəbləri araşdırlır. /
 
 
 

Google+ WhatsApp ok.ru