Fransada Yasir Ərəfatın ölümü ilə bağlı istintaq sona çatıb

Fransada Fələstin Muxtariyyətinin mərhum lideri Yasir Ərəfatın ölümü ilə bağlı istintaq sona çatıb.
 
Bu barədə  i24news telekanalı  məlumat yayıb.
 
Məlumata görə, iş aprelin 30-da prokurorluğa təqdim edilib. Məlumatda ekspertlərin  Yasir Ərəfatın radioaktiv maddə olan polonium ilə zəhərləndirildiyi versiyasını təkrar rədd etdiyi bildirilir.
 
Qeyd edək ki, Fələstinin istintaq komissiyası bundan əvvəl Fələstin Muxtariyyətinin  lideri Yasir Ərəfatı  zəhərləməkdə şübhəli bilinən şəxsin saxlanıldığını bəyan edib. Komissiya rəhbəri Tavfik Tirani  şübhəli bilinən şəxsin kimliyini açıqlamaqdan imtina edib. 

Google+ WhatsApp ok.ru