Şimali Koreyada ilk məscidi bu ölkə inşa etdi

Kommunist sistemlə idarə olunan Şimali Koreyada ilk məscidi İran inşa edib.
 
Deyerler.org-un Dunyabulteni-nə istinadən verdiyi xəbərə görə, İran 2013-cü ildə Şimali Koreyanın Pyongyangdakı səfirliyi binasının həyətində ölkənin ilk məscidini inşa etməyə başlayıb. Məscid artıq istifadəyə verilib.
 
Rumıniya səfirliyi ilə qonşuluqda yerləşən İran səfirliyi bağında inşa olunan iki minarəli məscidin qübbəsində ərəb dilində "Allah" kəlməsi yazılıb.
 
Şimali Koreyada Misir, Pakistan və Liviya kimi müsəlman ölkələrinin də səfirlikləri var. Bu səfirliklərin əməkdaşları da ibadətlərini etmək üçün həmin məscidə gəlir./

Google+ WhatsApp ok.ru