Fransa Fələstini tanımağa hazırlaşır 29 Noyabr 2014 02:00 Dünya Ötən gün məsələyə dair qanun layihəsi ölkə parlamentində müzakirəyə çıxarılıb Bir sıra Avropa ölkələri ilə yanaşı Fransa da Fələstinin müstəqil dövlət kimi tanınması məsələsini gündəmə gətirib. Ötən gün məsələyə dair qanun layihəsi ölkə parlamentində müzakirəyə çıxarılıb. Qanunvericilər dekabrın 2-də qanun layihəsini səsverməyə çıxaracaqlar. Ölkənin xarici işlər naziri Loran Fabiüs bildirib ki, Fransa hökuməti İsrail ilə Fələstin arasında sülh danışıqlarının bərpa olunmasına çalışır. “Bu vacib addımın atılması üçün beynəlxalq konfrans təşkil etmək olar. Fransa bunu gerçəkləşdirməyə hazırdır. Fələstinin dövlət kimi tanınması Yaxın Şərq münaqişəsinin həlli istiqamətində vacib rol oynaya bilər”. Fransa parlamentində aparılan müzakirələr fonunda Yaxın Şərqdə İsrail polisi ilə fələstinli gənclər arasında qarşıdurmalar yaşanıb. Qalandiya kəndində İsrail hökumətinə qarşı çıxan fəallar polisə daşlarla hücum edib. İsrailin təhlükəsizlik qüvvələri rezin güllələrlə akisyanı dağıtmağa çalışıb. Bir müddət əvvəl İsrail rejiminin müsəlmanların ilk qibləsi olan əl-Əqsa məscidinə girişi məhdudlaşdırması gərginliyi pik həddinə çatdırmış və müsəlmanların qəzəbinə səbəb olub.anspress/ Teqlər : #Fransa Fələstini tanımağa hazırlaşır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nigeriyada məscidi qana boyadılar Pan Gi Mun məscidə hücumu pislədi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO