Fransa Livana 3 milyard dollarlıq silah verəcək

Fransa aprel ayında Livana 3 milyard dollar dəyərində silah göndərilməsinin reallaşacağını bildirib.
 
Maide.az xəbər verir ki, Fransa Müdafiə Nazirliyi tərəfindən səsləndirilən açıqlamada, 2013-cü ildə iki ölkə arasında əldə edilən anlaşmaya görə, Fransanın döyüş gəmisi, zirehli maşınlar, hərbi vertolyot, partlayıcı və xəbərləşmə kimi müxtəlif sahələri əhatə edən 3 milyard dollarlıq silah təminatının aprel ayında həyatya keçəcəyi bildirildi.
 
Müqaviləyə görə, Fransa Livan ordusuna da təlim keçəcək.
 
Digər tərəfdən Fransa Xarici İşlər naziri Laurent Loran Fabius da bu yaxınlarda verdiyi açıqlamada Səudiyyə Ərəbistanının 3 milyard dollarlıq yardımı ilə alınacaq Fransız silahlarının ilk hissəsinin apreldə Livana çatacağını açıqlamışdı.

Google+ WhatsApp ok.ru