40-a yaxın Azərbaycan vətəndaşı Gürcüstanda həbsdədir

Gürcüstanda 187 xarici vətəndaş müxtəlif müddətli həbs cəzası çəkir və onların arasında 76 vətəndaşla Türkiyə liderdir.  
 
Bu barədə Gürcüstanın Cəzaçəkmə və Probasiya Nazirliyi məlumat yayıb. 
 
Məlumata əsasən, bu siyahıda ikinci yerdə Rusiya – 41 vətəndaş, üçüncü yerdə isə Azərbaycandır – 39 vətəndaş. 
 
Gürcüstanda ümumilikdə 10 mindən çox məhbus var. 

Google+ WhatsApp ok.ru