Fransa prezidenti Avropada islamafobiyaya qarşıdır

Dekabrın 15-də Avropada islamafobiyaya qarşı çıxışı zamanı Fransa prezidenti Fransua Olland, "Bu yaxında baş vermiş xoşagəlməzlik sanki xoşagəlməz hadisələr dalğası kimi nəinki Fransanı, hətta bütün Avropanı bürüdü", - deyə bildirib.
 
İslamafobiya dalğası ilə mübarizənin vacibliyini bildirən Olland, Parisdə immiqrasiya muzeyində çıxışı zamanı bildirib ki, "Fransanın milli arzusuna çevrilmiş irqçılık və antisemitizmlə mübarizədən əlavə, ölkə icazə verməyəcək ki, onun vətəndaşları dərilərinin rəngi və mənşələrinə görə təcavüzə məruz qalsınlar. Susmaq olmaz. Heç bir səhv cəzasız qalmamalıdır."
 
Fransa prezidenti immiqrantları dəstəkləyəcəyini bildirdikdən sonra bunları qeyd edib: "Biz konstitusiyamızı nəzərə almadan hərəkət edə bilmərik, bunun üçün parlament deputatlarının səslərini toplamaq zəruridir."//

Google+ WhatsApp ok.ru