Fransa və Səudiyyə Ərəbistanı Livana ordusuna silahlandıracaq

Fransa və Səudiyyə Ərəbistanı Livana silah göndərəcək.

Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Fransa xarici işlər naziri Loran Fabius bildirib ki, "Mən Livan ordusuna yardım müqaviləsinin imzalanmasını dəstəkləyirəm.  Səudiyyə tərəfindən maliyələşdirilmiş bu müqavilə Livan ordusunu gücləndirəcək və Livanda sabitliyi  təmin edəcək". 

Loran Fabius əmindir ki, müqavilənin imzalanması Livan hökümətinə öz ərazilərini qorumaqda kömək edəcək və ölkənin təhlükədə olduğu dövrdə terrorizmlə mübarizədə yardım edəcək.
Xatırladaq ki, Livanın Tripoli şəhəri 3 ilə yaxındır ki, suriya silahlı müxalifətçilərini dəstəkləyən qruplaşmaların əsas döyüş meydanına çevrilmişdir.
Livanda ən-Nüsra və İŞİD terror qruplaşmalarının mərkəzləri  yarandıqdan sonra, şəhər təhlükə altındadır.
Livan hərbçilərinin vaxtında keçirdikləri əməliyyat  tədbirlər nəticəsində, terrorçuların ölkədə vətəndaş müharibəsi yaratmaq planının qarşı alınıb. //

Google+ WhatsApp ok.ru