Müsəlmanlar Kanada hakimiyyətini iki üzlülükdə ittiham etdilər

Kanadanın müsəlman təşkilatları paytaxt məscidinə olunan vandalların hücumundan sonra, baş nazir Stiven Xarperin dini azlıqların müdafiəsinə dair bir söz deməməsindən çaşqınlıqlarını bildiriblər.

Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, ötən cümə günü müsəlmanlar Ottavada yerləşən əs-Sünnə məscidinə gələrkən məscidin bütün pəncərəlirinin sındıırıldığını görüblər. Bir neçə gün öncə isə Albert əyalətində digər məscid vandalların hücumuna məruz qalıb.

Əs-Sünnə məscidinin rəhbəri Məhəmməd Mustafa bildirib ki, "Biz çalışırıq ki, hüquq muhafizə orqanları ilə əməkdaşlıq edək, gənclər arasında radikalizmin yox olmasına çalışaq. Lakin siyasi liderlər ekstremistləri mühakimə etdiyi halda, bu cür hallarda müsəlmanların köməyinə gəlmirlər. O zaman gənc müsəlmanlar düşünməyə başlayırlar ki, bura bizim doğma ölkəmizdir, amma hakimiyyət bizim qayğımıza qalmır."

Qeyt etmək lazımdır ki, 11 sentyabr hadisəsindən dərhal sonra  Kanadanın o zamanki baş naziri Jan Kretyen məsciddə müsəlmanları ziyarət edərək bildirmişdir ki, müsəlman azlıqlar terrorçuların əməllərinə görə cavabdehlik daşımırlar. //

Google+ WhatsApp ok.ru