Fransa və Almaniyadan terrora qarşı birgə fəaliyyət planı

 Fransa maliyyə naziri Mişel Sapin və Almaniyanın maliyyə naziri Volfqanq Schaeuble tərəfindən göndərilən məktubda birgə hazırlanan fəaliyyət planı layihəsi AB Komissiyasına təqdim edilib.
 
Maide.az xəbər verir ki, iki ölkə tərəfindən təqdim olunan fəaliyyət planı terrorçuluqla əlaqəli olduğundan şübhələnilən və Aİ ölkələrində yaşayan insanların pul və mal varlıqlarının dondurulmasını, şübhəlilərin pul transferlərinə banklarda daha sıx nəzarət edilməsini, xüsusilə qızıl və digər amillərlə bağlı şübhəli satışlar ilə pul axınına diqqət yönəldilməsini, rəsmilərin şübhəli bank göstəricilərinə daha tez çatmaları üçün asanlıq təmin edilməsini nəzərdə tutur.
 
Məktubda terrorun qaynağının qurudulması üçün Aİ-nin məsələ ilə bağlı tədbirlər planını sürətlə təsdiq etməsi tövsiyə edilib.
 
Qeyd edək ki, Fransa yanvarın əvvəlində sarsıdıcı terror hücumlarındən sonra 27 yanvarda keçirilən Aİ nazirlər toplantısında məsələ ilə bağlı fəaliyyət planı hazırlanması tələbini irəli sürmüşdü.

Google+ WhatsApp ok.ru