İran: Bu gün nəticəyə nail olmağı ümid edirik

İran xarici işlər naziri  tərəflərin bu gündən etibarən müqavilə yazılışına başlayacaqlarını açıqlayıb.
 
Maide.az xəbər verir ki, danışıqların bitməsindən sonra müxbirlərin suallarını cavablandıran İran xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə bu proses içərisindəki fəaliyyətinə görə təşəkkür edərək, "Səhər saat 7.5-dən etibarən müzakirə heyətləri görüşlərdə iştirak etmişdilər və namaz və istirahət üçün yalnız 2 dəfə 1 saatlıq fasilələr verildi" - deyib.
 
Görüşlərdə çox yaxşı irəliləyişlər əldə edildiyini bildirən Zərif, "Lozanna saatına görə, gecə yarısı saat 01.30-a qədər görüşlərimiz davam edib və danışıqların sabah səhər saat 06.30-dan etibarən yenidən başlamasına qərar verdik" söyləyib.
 
Bu gün ərzində nəticə çıxarılmasına ümid etdiklərini əlavə edən Zərif, "Çox məsələdə həll üsulları aydın şəkildə müəyyənləşdirilib və müqavilə yazııması fazasına başlamalıyıq", - deyib və bu gün ərzində bir bəyannamə nəşr olunacağını bildirib.

Google+ WhatsApp ok.ru