Fransa XİN rəhbəri son 12 ildə ilk dəfə İrana səfər edəcək 29 İyul 2015 01:00 Dünya Fransanın xarici işlər naziri Loran Fabius iyulun 29-da Tehrana səfər edəcək. Səfər çərçivəsində Fransa xarici işlər idarəsinin rəhbəri iranlı həmkarı Məhəmməd Cavad Zərif və prezident Həsən Ruhani ilə görüşəcək. Fransa xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Romen Nadalın sözlərinə görə, bu Fransa XİN rəhbərinin İrana 2003-cü ildən bu vaxtadək ilk səfəri olacaq. “Səfər Fransa ilə İran arasında ən yüksək səviyyəli siyasi dialoqun bərpa edilməsinə xidmət edəcək . Danışıqlarda Fransa-İran münasibətləri, regional məsələlər və BMT-nin Parisdə keçirəcəyi iqlim konfransının məqsədləri müzakirə ediləcək”, deyə R.Nadal bildirib. Xatırladaq ki, ötən həftə Almaniyanın vitse-kansleri Ziqmar Qabriel, iyulun 28-də isə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Tehrana səfər etmişdilər. Teqlər : #Fransa XİN rəhbəri son 12 ildə ilk dəfə İrana səfər edəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD əmiri azərbaycanlı Abdulla Abdullayev Azərbaycan vətəndaşı deyil İran Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib?
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO