İran Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edib?

İran yeddi dövlətin vətəndaşları üçün səfər vizasını ləğv edib.
 
Bu barədə İranın “Kayhan” qəzeti yazıb.
 
“Bundan sonra Türkiyə, Livan, Azərbaycan, Gürcüstan, Boliviya, Misir və Suriyadan olan turistlər İrana vizasız səfər edə bilərlər”, - deyə, qəzet yazıb.
 
Adları çəkilən ölkələrin vətəndaşları İranda 90 günədək vizasız qala bilərlər.
 
Bu tədbir ölkədə turizm sektorunun inkişafına yönəlib.
 
Bundan başqa, İran rəhbərliyi daha 60 dövlətin vətəndaşları üçün viza rejiminin ləğv imkanlarını nəzərdən keçirir.
 
İranın Azərbaycandakı səfirliyi bu ölkənin Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğv etməsi barədə KİV-lərdə yer alan məlumatlara aydınlıq gətirib.
Səfirlikdən bildirilib ki, bu məlumat doğru deyil və xatırlatma xarakteri daşıyır. Səfirlikdən onu da bildiriblər ki, ölkəyə gələn qonaqların 15 gündən artıq burada qalması məsələsi gələcəkdə iki ölkə arasında müzakirə edilə bilər.

Google+ WhatsApp ok.ru