Fransua Ollan Havanada Fidel Kastro ilə görüşüb

Kuba inqilabının lideri Fidel Kastro və Fransa prezidenti Fransua Olland arasında görüş olub.
 
Maide.az-ın məlumatına görə, Havanada baş tutan və bir saat davam edən görüş bağlı qapılar arxasında keçirilib.
 
Danışıqlarla bağlı rəsmi məlumat verilməyib.
 
“Sadəcə bu tarixi anı yaşamaq istəyirdim. Kastro Kubanın tarixi, dünyanın canlı tarixidir. Qarşımda tarixi yazan şəxsiyyəti gördüm”, deyə F.Olland fransalı jurnalistlərə qısa şərhində bildirib.
 
Fransa prezidenti Havanaya səfəri çərçivəsində Kubanın hazırkı rəhbəri Raul Kastro ilə də görüşüb. Qeyd edək ki, Fransua Olland ikitərəfli münasibətlər tarixində Kubaya səfər edən ilk Fransa prezidentidir.

Google+ WhatsApp ok.ru