İraqın Səlahəddin vilayəti tam azad olundu

Maide.az-ın məlumatına görə, İraqın Bədr Təşkilatının baş katibi və xalq qüvvələri komandanı Hadi əl-Amiri çərşənbə axşamı günü Livanın "əl-Minar" telekanalı ilə müsahibədə İraq ordusunun terrorçu qruplaşmalar qarşısında irəlilədiyinə toxunaraq bildirib ki, İraq hərbi qüvvələri İŞİD terrorçularını Səlahəddin vilayətindən tam şəkildə çıxarıb və çoxlu sayda terrorçunu öldürüblər. 
 
Səlahəddin vilayətinin mərkəzi olan Tikritin şərqində Acil neft yatağının azad olunmasına toxunan əl-Amiri əlavə edib ki, Acil neft yatağı İraq qüvvələrinin təkfirçi İŞİD terrorçuları ilə toqquşmalarından sonra azad olunub və bu əməliyyatda 73 terrorçu öldürülüb və onlarla nəfər də yaralanıb.

Google+ WhatsApp ok.ru