FSB-nin anti-islam əməliyyatı: Türk məscidinə hücum

Bu gün Federal Təhlükəsizlik Xidməti Yaltadakı türk məscidində axtarış aparıb.
 
Bu barədə Krım tatarları öz Feysbuk səhifələrində məlumat paylaşıblar.
 
Məlumatda rus dilində bilməyən türk axundun FSB tərəfindən qorxudulduğu bildirilib. Xüsusi xidmət orqanları məsciddə 5 saat qalıblar. Onların məsciddən bir neçə kitab götürdüyü söylənilir.
 
Ən maraqlı məqamın isə Moskva Memorial məscidi tərəfindən təhlükəsizliyinə 100% zəmanət verilmiş Şamil Alyautdinovun "İmana və kamiliyə yol" əsərinin FSB tərəfindən qadağan olunmuş kitab kimi aparılması sayılır.

Google+ WhatsApp ok.ru