İran prezidenti Ermənistana səfər edəcək

 İran prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək.
 
APA-nın “armenpress” saytına istinadən xəbərinə görə, bu barədə İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi jurnalistlərə bildirib.
 
“Səfərin dəqiq tarixi hələ müəyyən edilməyib. Ancaq bu səfər yaxın gələcək üçün nəzərdə tutulub. Hər bir halda prezident səfərlərinin xüsusi proqramı olur. Və belə səfərlər adətən ikitərəfli olur” - deyə iranlı diplomat qeyd edib.

Google+ WhatsApp ok.ru