Fua və Keferya əhalisinin faciəsi -FOTO

Fua və Keferya əhalisinin faciəsi -FOTO

Dünyanın gözü qarşısında Fua və keferya əhalisi soyqrımla üzləşir

Suriyanın Fua və Kəfərya qəsəbə sakinləri iki ildir çox acınacaqlı halda həyat sürürlər.
 
Fua və Keferya qəsəbə sakinlərindən bir qismi şənbə günü çox faciəvi hadisə ilə üzləşdilər. Ötən həftə Suriya dövləti ilə terrorçular arasında gedən danışıqlarda razılıq əldə olundu. Razılaşmada Suriya ordu qüvvələri Fua və Keferyadan 8000 nəfər yerli əhalininin təxliyəsi, bunun müqabilində əz-Zəbdani, Muzaya, Bəqin və əl-Cəlil qəsəbələrindən terrorçular və onların ailə üzvlərindən 3800 nəfər təxliyəsi nəzərdə tutulurdu. Bunun üçün Suriya dövləti Fua və keferya qəsəbələrinə avtobusları ezam etdi. Əhalinin təxliyəsi zamanı isə çox dəhşətli terror aktı baş verdi. Terrorçular danışıqlara məhəl qoymadan Raşidin rayonu ərazisində təxliyə avtobuslarında 118 nəfərin ölümü və 130-dan çox inanın yaralanması ilə nəticələnən terror aktı həyata keçirdilər.
 
Bu dəhşətli terror hadisəsi nədənsə dünya mətbuatında işıqlandırılmadı. Ölənlərdən 68 nəfərinin az yaşlı uşaq olduğu bu hadisə dünya mətbuatının gündəmində və manşet xəbərlərdə olmalı ikən, heç bir reaksiya göstərilmədi. Terrorçuların bu qeyri insani hərəkətləri qınanılmadı.
 
“Cəbhətun-Nusra" terrorçularının tabeliyində olan Ceyşül Fəth terror qrupu 2 Avqust 2015-ci ildə Fua və keferya qəsəbələrini mühasirəyə alıb. Şiələrdən ibarət Fua və Keferya əhalisi artıq iki ildir terrorçuların mühasirəsində çox ağır vəziyyətdə yaşayırlar. Terrorçuların günahsız insanlara tətbiq etdikləri zülm və zorakılığı dayandırmaq üçün beynəlxalq təşkilatlar heç bir addım atmır. Fua və Keferyada terrorçuların atdığı raketlər nəticəsində infrastrukturiflic olub. Yaşayış binaları darmadağın edilib. Əhalidən çoxu evsiz-eşiksiz qalıb. Sığınacaq üçün heç bir sağlam məkan yoxdur. Hər iki qəsəbə xəstəxanaları dağıdılıb, xəstələrin müalicəsi mümkün deyil. Əhali heç bir dərman pereparatları və ərzaq məhsulları ilə təmin edilmir. Az yaşlı uşaqlar çox vaxt ac-susuz gecələyirlər. Bir neçə dəfə Qızıl Aypara Cəmiyyətinin Suriya üzrə nümayəndəliyi qəsəbələrə Humanitar yardım çatdırılmasına cəhd etsə də, terrorçular buna imkan yaratmayıb.
 
Nəhayət iki il mühasirədə qaldıqdan, çox məşəqqətli və qorxulu günlərdən sonra azad olduğunu düşünən Fua və Keferya əhalisindən 68 uşaq, ümumilikdə isə 118 nəfər təxliyə zamanı Raşidin rayonu ərazisində qətliam edilir. Bu faciəyə Qərb dövlətləri və böyük media qrumlarından fərqli olaraq müstəqil jurnalistlərdən bir neçəsi münasibət bildirib.
 
İngiltərədən olan müxbir Martin Jay özünün twitter səhifəsində hadisə yerindən bir foto paylaşaraq yazır: “Bu fotoqraf heç vaxt Fua və keferya əhalisinin soyqırımından foto şəkil çəkə bilməyəcək! Trampın qəlbi və göz yaşları haradadır?!”
 
 
Başqa bir media nümayəndəsi Con Tomas isə azyaşlı qızcığazın fotosunu öz hesabından yayaraq fəryad edir: “Bu qızcığazın günahı nədir? Ümumiyyətlə Fua və Keferya əhalisi insan sayılmırmı? Beynəlxalq hüquq təşkilatlarında bunların hüquqlarının qorunması qadağandırmı?”
 
 
Suriya parlament nümayəndələrindən olan Saleh əl-Abidin Terror aktı zamanı həlak olan Fua və Keferya əhalisinin ürək parçalayan görüntülərindən birini yayaraq belə yazır: “İnsan haqları müdafiəçiləri hara baxırlar? BBC, əl-Cəzirə, əl-Ərəbiyyə və digər media qrumları hara baxır? Bu faciəni nəyə görə işıqlandırmırlar? Bunlar insan deyillərmi? Müdafiə etdiyiniz və Azad Suriya Ordusu adını verdiyiniz terrorçuların qanı bu günahsız insanlardan qiymətlidirmi?”
 
 
Bir Suriyalı müxbir isə bu fotonu sosial şəbəkədə paylaşaraq belə yazıb: “Baxın bu uşaqlar Fua və Keferyadan çıxarkən son dəfə birlikdə çəkil çəkdiriblər. İki il birlikdə ağır günlər yaşadılar. Və sonda gördüyünüz uşaqlar hamısı terrorun qurbanı oldu. Onlar Hələbə doğru hansı sevinclə yola düşmüşdülər. Mühasirədən azad olmuşdular deyə sevinclərinin həddi-hüdudu yox idi. Bu uşaqlardan bir neçəsi valideyinlərindən uzaq düşmüşdü. Onları Hələbdə valideyinləri gözləyirdi. İki il ata-ana həsrəti ilə yaşamaq və həsrətin bitəcəyi bir zamanda terror qurbanı oldular. Onların valideyinlərini düşünün. Mən bu uşaqları valideyinlərinə təhvil verdim. Həmin anları yazmaqda acizəm...” (İnterAz)
 
 

 

Google+ WhatsApp ok.ru