G20 sammiti ərəfəsində Türkiyədə 11 İŞİD üzvü saxlanıldı

Türkiyə polis qüvvələri İstanbul şəhərində 11 nəfəri İŞİD terror qruplaşması ilə əməkdaşlıq etməkdə şübhəli şəxs qismində həbs edib.
 
Maide.az xəbər verir ki, bu əməliyyat helikopterlərin havadan dəstəyi ilə və Türkiyədə İŞİD-ə üzvlükdə şübhəli bilinənlərə qarşı əməliyyat və hücum istiqamətində həyata keçirilib.
 
Məlumata görə, eyni vaxtda İstanbulun 20-dən çox bölgəsində aparılan bu əməliyyatda Türkiyə antiterror alayı bir neçə nəfəri, o cümlədən 7 xarici vətəndaşı həbs edib.
 
Türkiyə polisi keçən həftə də ölkənin cənubundakı Antaliya limanında İŞİD terror qruplaşması ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 20 nəfəri həbs etmişdi və əməliyyatların davam etməsi ilə, daha çox insanın həbs edilməsi gözlənilir.
 
 Əməliyyat Türkiyədə G20 sammitinin keçirilməsi ərəfəsində baş tutub./

Google+ WhatsApp ok.ru