İraq şiələri Kərbəlaya doğru piyada hərəkət ediblər

Ərbəinlə əlaqədar piyada hərəkətetmə mərasimi bu gün Bəsrə vilayətinin Rəs əl-Beyşə rayonundan başlayıb.
Maide.az xəbər verir ki, Nəcəfin görkəmli din alimlərindən olan Ayətullah Seyid Mohəmməd Səid Həkimin nümayəndəsi Seyid Ezzəddin Həkim bu tədbirdə bildirib: Bu böyük addım şərəf rəmzi və izzətin təntənəsidir.
O əlavə edib: İraq xalqı müqəddəs Kərbəla şəhərindən ən uzaq məsafədə yerləşən Bəsrədəki Rəs əl-Beyşə rayonundan hərəkətə başlayırlar. Bununla da onlar göstərirlər ki, məsafə uzaqlığı onların bu hərəkatda iştirakına mane ola bilməz.
İraqlı ruhani qeyd edib: Şübhəsiz, İraq dini alimləri də bu böyük hərəkatı təsdiq edir və beynəlxalq aləmdə geniş əks-səda doğuran bu addımın əhəmiyyətini həmişə qeyd edir./

Google+ WhatsApp ok.ru