GƏNCLƏRİN NƏZƏRİNƏ! Xüsusi hərbi hazırlığa cəlb olunacaqsız 22 Oktyabr 2015 01:00 Hərb "Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası" təsdiq edilib. Maide.az xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, qaydalara əsasən hərbi xidmətə yararlı olan 17 yaşına çatmış kişilər, növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu itirən və müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən yararlı çağırışçılar xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb olunacaqlar. Qaydada qeyd olunur ki, hazırlığa cəlb ediləcək vətəndaşların ilkin seçimi xidmətin yerli idarə, şöbə və bölmələrində 16 yaşlı kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı aparılır və namizədlərin siyahısı hazırlanır. Teqlər : #GƏNCLƏRİN NƏZƏRİNƏ! Xüsusi hərbi hazırlığa cəlb olunacaqsız, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Zakir Həsənov məşhur generalı cəbhədən geri çağırdı ABŞ-dan Türkiyəyə `ağıllı bomba` satışına razılıq
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'