Gəncədə ağır qəza - 20 yaralı var

Gəncədə ağır yol qəzası baş verib. Maide.az Kəpəz TV-yə istinadən xəbər veir ki, Gəncədə 29 saylı marşrut üzrə hərəkət edən mikroavtobus Ozan küçəsində divara çırpılıb. Qəza nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdiriliblər.
 
Yaralılardan 16-nın şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 6-nın vəziyyəti ağır, 10-nun vəziyyəti isə orta ağırdır.

Google+ WhatsApp ok.ru