Türkiyə vətəndaşının Bakıda yarım milyon dollarını aldılar

Türkiyə vətəndaşı Bakıda aldadıldığını bildirib.
 
O, polisə müraciət edərək dələduzluğa məruz qaldığını deyib.
 
Türkiyə vətəndaşı, 1955-ci il təvəllüdlü Dəmir Mithat Galib oğlu bildirib ki, bu ilin aprel ayında Bakı sakinləri olan, 1970-ci il təvəllüdlü Ayaz Salehov, 1977-ci il təvəllüdlü Rəşad Sadıqov və Kəngərli rayon sakini, 1971-ci il təvəllüdlü Mənsur Məmmədov onun etibarından sui-istifadə edərək biznes qurmaq adı ilə 527 min dollar pul alıblar. Həmin şəxslər vəd etdikləri vaxtda pulu geri qaytarmayıblar. Araşdırma aparılır.

Google+ WhatsApp ok.ru