Gəncədə kütləvi dava: 2 nəfər xəsarət alıb

Gəncədə bir qrup şəxs arasında dava-dalaş olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, martın 27-də Kəpəz rayonu ərazisində Qəbələ rayon sakinləri Əkbər Əliməmmədli və Şahmurad Abbasov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib.
Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gəncə şəhər sakinləri Atilay Quliyev və Pərvin Şiraslanov tutulub.
Araşdırma aparılır. azadliq.info/
 

Google+ WhatsApp ok.ru