Gələn həftə “düşən ulduz” axını olacaq

Gələn həftə “düşən ulduz” axını olacaq

Ayın parlaq işığı meteoritlərin bir hissəsini görməyə mane olacaq

Avqustun 12-dən 13-nə keçən gecə Perseida meteorit axını maksimal fəallığı ilə seçiləcək. 
 
Maide.Az xəbər verir ki, AMEA-dan verilən məlumata görə, meteorit axını hər il 17 iyul - 24 avqust tarixlərində baş verir. 
 
Adətən onların fəallığının pik dövrü 9-13 avqust tarixlərinə təsadüf edir. Keçən ildən fərqli olaraq, bu il sakinlər daha az “düşən ulduz” görəcək.
 
Belə ki, ötən il gecə səmasında müşahidə olunan meteoritlərin sayı 200-ə çatmışdısa, bu il orta hesabla saatda 80 meteorit görmək mümkün olacaq. Lakin Ayın parlaq işığı meteoritlərin bir hissəsini görməyə mane olacaq. /

Google+ WhatsApp ok.ru