Gəncədə küçədən tapılan körpənin durumu necədir? 24 Dekabr 2019 12:57 Hadisə Səhiyyə Nazirliyi Gəncədə küçədən tapılan körpənin durumu barədə məlumat yayıb. Nazirlikdən Trend-ə bildirilib ki, körpənin vəziyyəti normaldır. "Gəncədə vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri 3-4 günlük olan oğlan uşağının vəziyyəti barədə xəstəxanadan bildirdilər ki, uşaqda fiziki qüsur qeydə alınmayıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda həkimlərin nəzarəti altındadır. Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib". Teqlər : #Gəncədə,#küçədən,#tapılan,#körpənin,#durumu,#necədir?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı yolunda yanğın var Hacıqabulda zəlzələ olub