Güclü qasırğa Fransanı işıqsız qoydu

Güclü qasırğa Fransanı işıqsız qoydu

Fransada 230 min ev elektrik enerjisiz qalıb. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, daha öncə 190 evin və əsasən Fransanın şimal hissəsində elektrik enerjisiz qalması barədə məlumat verilmişdi.
 
Fransanın zülmətə qərq olmasının səbəbi kimi isə güclü qasırğa göstərilir. "Enedis" operator şirkətinin verdiyi məlumata görə, qasırğa nəticəsində əsasən Pikardiya, Normandiya, Şampan-Arden, Lotaringiyada elektrik enerjisi xətlərinə ziyan dəyib.
 
Problemin aradan qaldırılmaslı üçün mindən artıq texnik işə cəlb olunub.
 

Google+ WhatsApp ok.ru