Güclü sel nəticəsində yollar bağlanıb

Qusar rayonuna ötən gün axşam saatlarından yağmağa başlayan güclü yağış fəsadlar törədib.
 
 
Maide.Az bildirir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, yaranan sel nəticəsində Kuzun kəndini rayon mərkəzi ilə birləşdirən yol bağlanıb.  
 
Qusar rayon İcra Hakimiyyətindən bildirilib ki, yolun açılması üçün əraziyə texnika göndərilib. Quba Regional Hidrometrologiya İdarəsindən verilən məlumata görə, şimal bölgəsindən keçən çaylarda suyun səviyyəsi 2-8 santimetr artıb.
 
Qeyri-sabit hava şəraitinin mayın 22-nə kimi davam edəcəyi proqnozlaşdırılır.

Google+ WhatsApp ok.ru