General Dempsey: `Quantanamo milli maraqlarımıza görə bağlanmalıdır`

ABŞ Baş Qərargah rəisi Martin Dempsey terror şübhəlilərin saxlanıldığı Quantanamodakı həbsxananın milli maraqlar səbəbindən bağlanması lazım olduğunu söylədi.
 
Maide.az xəbər verir ki, ABŞ Baş Qərargah rəisi Dempsey "Fox News Sunday" proqramında Kris Vallasenin suallarını cavablandırıb. ABŞ 11 Sentyabr hücumlarından sonra Əfqanıstan işğalı zamanı yaratdığı Quantanamo həbsxanasına dair suala Dempsey, ABŞ-ın bu həbsxananı bağlaması lazım olduğunu qeyd edib. Dempsey, "Quantanamonun bağlanılmasının milli maraqlarımıza uyğun olduğunu düşünənlər qrupundayam. Həbsxana, milli dəyərlərimizdə psixoloji bir yara qoyur", - deyib.
 
Dempsey, Quantanamonun bağlanması halında bəzi əsirlərin həbs müddətinin davam etməsi lazım olduğunu vurğulayıb. ABŞ-ın bu məhbusları nə etməsi ilə bağlı suala isə Demspey, "Bu seçilmiş olan liderlərimizə verilməsi lazım olan bir sualdır. Seçilmiş səlahiyyətlilərimizin onların həbsi üçün bir yol tapmalıdır" söyləyib.

Google+ WhatsApp ok.ru