General Süleymaninin Tehrandakı cənazə mərasiminə 7 milyon insan qatılıb

General Süleymaninin Tehrandakı cənazə mərasiminə 7 milyon insan qatılıb

İranın İslami Təbliğat Qurumunun sədr müavini Nüsrətullah Lütfi yanvarın 6-sı Tehranda Qüds Qüvvələrinin komandiri şəhid general Qasim Süleymaninin cənazə mərasiminə təxminən 7 milyon insanın qatıldığını söyləyib.  

 
Maide.Az Deyerler.org -a istinadən xəbər verir ki, Nüsrətullah Lütfi İran xalqının görünməmiş bir şəkildə cənazədə iştirakının təqdirə layiq olduğunu qeyd edərək, İran xalqının başda şəhid general Qasim Süleymani olmaqla digər müqavimət şəhidlərini bu görkəmli cənazə mərasimi ilə yola saldığını bildirib.
 
İran xalqının milyonların yaratdığı kütlə şəklində müqavimət şəhidlərinin dəfn mərasimlərində iştirak etməsi dünya mediasında da böyük əks-səda doğurub.  
 
Şəhid general-leytanat Qasim Süleymaninin cəsədi bu gün (7 dekabr) doğulduğu yer olan İranın Kerman şəhərində torpağa tapşırılacaq.

Google+ WhatsApp ok.ru