Gülənin pasportunun ləğv edildiyi ABŞ-a bildirilib

Türkiyə hökuməti ABŞ orqanlarına Fətullah Gülənin yalan məlumat verərək aldığı pasportunun ləğv edildiyini bildirib. 
 
Maide.az xəbər verir ki, amerikalı mütəxəssislər Gülən üçün oxşar bir vəziyyətin Yaşıl Kart prosesində də baş verdiyi halında, kartın geri alınması və deportasiya prosesinin başlaması fikrindədirlər.
 
Alınan məlumata görə, Türkiyə hökuməti bu barədə məlumatı Amerikaya 28 yanvarda verib. 
 
Türkiyədən yaşıl pasport alan Gülənin bu pasportunun ləğvindən sonra isə hər hansı bir yeniləmə və ya dəyişdirmə tələbində olmadığı bildirilir.
 
"Qırmızı Bülleten" ilə bağlı məsələlərdə mütəxəssis olan Mişel Estlund açıqlamasında, "hər hansı bir adamın "Yaşıl Kart"ı varsa və ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bu adamın "Yaşıl Kart" ərizəsində də yalan məlumat olduğunu ortaya çıxararsa, "Yaşıl Kart"ın geri alınması prosesi başlayacaq", - deyib.

Google+ WhatsApp ok.ru