Fransada antiterror əməliyyatı: 8 nəfər saxlanılıb

Fransa Daxili İşlər naziri Bernard Cazeneuve sosial paylaşma saytı Twitter-dən verdiyi açıqlamada səhər saatlarında keçirilən terror əməliyyatları çərçivəsində Paris və Lionda 8 nəfərin saxlandığını bildirib.
 
Maide.az xəbər verir ki, Cazeneuve saxlanılan şəxslərin Suriyaya əcnəbi əsgər göndərən bir dəstəylə bağlı olduqlarından şübhələnildiyini qeyd edib.
 
Təxminən 1300 Fransa vətəndaşının Suriya və İraqa əcnəbi əsgər göndərən dəstələrlə əlaqəli olduğu bilinir. Daxili işlər Nazirliyinin hesablamalarına görə isə Suriya və İraqa əcnəbi əsgər göndərən və ya göndərilməsinə yardım edən 547 nəfər haqqında açılan 161 hüquqi istintaq davam edir.

Google+ WhatsApp ok.ru