Gümrüdəki toqquşmalarda 12 nəfər yaralanıb (VİDEO)

Ermənistanın Günrü şəhərindəki toqquşmalarda 12 nəfər yaralanıb. Musavat.com xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb. 
 
Polis mitinqin dağıdılması üçün səs qumbaralarından istifadə edir. Həm aksiya iştirakçıları, həm də polis əməkdaşları arasında xəsarət alanlar var.
 
Aksiya iştirakçıları Gümrüdə 6 nəfəri qətlə yetirən rus əsgəri Valeri Permyakovun Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil veriləcəyi dəqiq vaxtın açıqlanmamasından narazıdırlar. /
 

Google+ WhatsApp ok.ru