Ukraynada atom stansiyasında yanğın 16 Yanvar 2015 02:00 Dünya Maide.az xəbər verir ki, Ukraynanın Nikolayevsk vilayətinin Yujnoukrainsk şəhərində yerləşən Cənubi-Ukrayna AES ərazisində yanvar ayının 15-dən 16-na keçən gecə yanğın baş verib, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Baş İdarəsinin mətbuat xidmətindən bildirilib. Keçid transformatorunda yanğın siqnalizasiyasının işə düşməsi barədə xəbərdarlıq saat 22.04-də daxil olub. Mətbuat xidmətinin məlumatına əsasən transformatorun daxilində hava soyuducu alışıb. Yanğın yarım saat sonra dəf edilib. Yoxlama zamanı müəyyən edilib ki, AES istehsalat meydanında radiasiya fonu normadan artıq deyil. İdarənin məlumatında qeyd edildiyi kimi, yanğının söndürülməsinə 125 adam və 16 texnika cəlb edilib. Hal-hazırda hadisə yerində yanğının başvermə səbəblərini və nəticələrini araşdıran komissiya çalışır. Dekabr ayının 3-də Ukraynanın Nazirlər Kabinetinin iclasında baş nazir Arseni Yatsenyuk Zaporojesk AES-də qəzanın baş verdiyini bildirmişdi. Daha sonra Energetika Nazirliyində radiasiya axını barədə informasiyanı təkzib edərək, atom elektrik stansiyasında reaktorlardan birinin sönməsinin heç bir təhlükə doğurmadığını bildirdilər. Teqlər : #Ukraynada atom stansiyasında yanğın, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gümrüdəki toqquşmalarda 12 nəfər yaralanıb (VİDEO) Roma Papası: `söz azadlığı` anlayışında məhdudiyyətlər olmalıdır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO