Gömrükdə biabırçılıq: Çantalar yoxlamadan keçmədən başlar üzərindən atılır – VİDEO 15 Sentyabr 2016 01:00 Xəbərlər Azərbaycanın gömrük məntəqələrinin birində biabırçı anlar qeydə alınıb. Kardrlardan görünür ki, insanlar müxtəlif üsullarla mallarını gömrükdən keçirməyə çalışırlar. Qadınlar hətta gömrük işçilərinin başı üzərindən yoxlamadan keçməyən ağır çantaları tullayırlar. Nəzarətçilərdən biri çantanın birini götürsə də, digərlərini görmür. Bu əslində gömrükdə təhlükəsizliyin nə səviyyədə qorunduğunun göstəricisidir. Əlbəttə, gömrük işçilərinin də vəziyyəti ağırdır. Onlar hər gün müxtəlif psixologiyada, müxtəlif xasiyyətli insanlar görür, onlara səbr edirlər. Lakin terrorun ayaq açdığı indiki dövrdə bu cür məsuliyyətsizlik də yolverilməzdir. Qeyd edək ki, bu kadrlar sosial şəbəkə istifadəçiləri tərəfindən də ciddi müzakirə olunub.(faktxeber) Teqlər : #Gömrükdə biabırçılıq: Çantalar yoxlamadan keçmədən başlar üzərindən atılır – VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ötən avqust ayı son 135 ilin ən isti ayı idi Hicablı xanım Rioda Paralimpiya Oyunlarında ikinci qızıl medalını da qazandı - FOTO