Ötən avqust ayı son 135 ilin ən isti ayı idi

Ötən avqust ayı son 135 ilin ən isti ayı idi

Amerikan Milli Aviasiya və Kosmos İdarəsi (NASA) bildirib ki, 2016-cı ilin avqust ayının meteoroloji müşahidələr tarixi boyunca, yəni son 135 ildə Yerdə ən isti ay olub. 
 
Maide.Az  "RİA Novosti" xəbər saytına istinadən xəbər verir ki, NASA-nın iqlimşünasları bildirib ki, bu ilin avqust ayında havanın orta temperaturu orta temperaturdan 0,84 dərəcə və rekord temperaturdan 0,18 dərəcə çox olub. 
 
Alimlərin çoxu hesab edirlər ki, planetdə istiləşmənin səbəbi istixana qazlarının havaya buraxılmasıdır, lakin bununla belə alimlər istiləşmənin səbəbi barədə vahid fikrə gələ bilmirlər. 
 
Yer səthinin temperaturunun artması və okeanda suyun normadan aşağı düşməsi yenə davam edir. Alimlərin fikrincə, yerin iqlimi Şərqdə baş verən hadisələrlə də əlaqəlidir. 
 
NASA-nın məlumatlarına görə yer səthində temperatur rekord həddədir. Güman ki, bu payız və qış aylarında davam edəcək. 
 
Qeyd edək ki, ötən il BMT ekspertləri tərəfindən hazırlanan “İqlim dəyişiklikləri və su” hesabatına görə, dünyadakı iqlim dəyişiklikləri su qaynaqlarına da təsir edəcək. 
 
Hesabat müəlliflərinin gözləntilərinə inansaq, 2050-ci ildə dünyada iki milyard insan sudan məhrum olacaq, 30 il sonra da 3 milyard insan istifadə edə biləcəyi su ehtiyatlarını itirəcək. 
 
Ancaq bəzi alimlər bu hesabatın əksinə çıxış edərək, heç bir problemin yaşanmayacağını qeyd ediblər.
 
 

 

Google+ WhatsApp ok.ru