Google şirkətindən fitnəkar jurnala maliyyə yardımı

Maide.az "Guardian"a istinadən xəbər verir ki, Google şirkəti peyğəmbərin karikaturasını dərc edən "Çarli Hebdo" jurnalına maliyyə yardımı edib. Belə ki, şirkətin verdiyi ianə mərkəzi Fransada yerləşən Rəqəmsal Mətbuat Fondu vasitəsi ilə "Çarli Hebdo"ya köçürüləcək. 
 
Ediləcək yardım ən son sayının 1 milyon ədəd buraxılması planlaşdırılan "Çarli Hebdo"nun xərclərini əhəmiyyətli dərəcədə azaldacaq. Jurnalın bir sayı orta hesabla 60 min dollara başa gəlir.
 
Google ilə bərabər bir çox media orqanı da "Çarli Hebdo"ya yardım üçün sıraya düzülüb. "Le Monde", "France Televisions" və "Radio France" də ianə verəcək.
 
Fransa hökuməti "Çarli Hebdo"ya 1.2 milyon dollar, "Guardian" Media Qrupu isə 150 min dollar yardım edəcəklərini açıqlayıb.
 
Fransada açılan və hücumda ölənlərin ailələrini dəstəkləməyi qarşısına məqsəd qoyan ianə kampaniyasında isə indiyə qədər 75 min dollar toplanıb.

Google+ WhatsApp ok.ru